Azərbaycan uzun illər ərzində Avropa İttifaqı üçün etibarlıq tərəfdaş olub - CEYHUN BAYRAMOV

25 Aprel 2025 12:58 (UTC+04:00)

"Azərbaycan uzun illər ərzində Avropa İttifaqı üçün etibarlıq tərəfdaş olub. Avropa əsasəndə enerji istiqamətində, neft xammalı baxımından təmin olunub. Eyni zamanda Cənub Qaz Dəhlizi Avropanı qazla təmin etməyə davam edir". SİA xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov media ilə birgə keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Avropanın 12 ölkəsi qazla təmin olunur: "Daha bir istiqamət olan enerji sahəsi üzrə əlaqələr inkişaf edir. Həmçinin "yaşıl enerji" istiqamətində layihə artıq genişlənməkdədir. Yalnız Avropa ölkələri deyil, layihədə maraqlı olan bir çox dövlətlər yer alır. Bunların arasında Bolqarıstan ölkəsidə vardır".