Azərbaycanın paralimpiya çempionu Prezident Kubokunda finala yüksəlib

25 Aprel 2025 12:46 (UTC+04:00)

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) Çinin Taiyan şəhərində keçirilən Prezident Kubokunda finala yüksəlib. Bu barədə SİA-ya Azərbaycan Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Paralimpiya çempionu özbəkistanlı rəqibini məğlub edərək həlledici raunda vəsiqə qazanıb.