Şəmkir sakini bıçaqlanıb

25 Aprel 2025 12:26 (UTC+04:00)

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. SİA-nın məlumatına görə, Şəmkir şəhər sakini, 1993-cü il təvəllüdlü O. Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, O.Quliyevə münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaq xəsarəti yetirilib.

Fakt araşdırılır.