“Premier Kredit" BOKT-un lisenziyası ləğv olunub

25 Aprel 2025 11:20 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) "Premier Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını ləğv edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, lisenziya könüllü müraciət əsasında ləğv olunub.

BOKT bu qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.