İlham Əliyev Aİ-nin ali nümayəndəsi Kaya Kallası qəbul edib

25 Aprel 2025 11:18 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib. SİA xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.