...Uzunmüddətli perspektivdə ekspert proqnozları ilə tanınan rusiyalı siyasətçi Vladimir Jirinovski hələ 20 il bundan əvvəl Hindistan və Pakistan arasında mümkün nüvə münaqişəsi barədə xəbərdarlıq etmişdi.
SİA-nın məlumatına görə, bunu “Voennoye Delo” teleqram kanalı yazır.
Deməli, hələ o vaxt LDPR lideri qeyd edib ki, 200 milyondan çox insan Hind-Pakistan müharibəsinin qurbanı ola bilər və bu, Qərbin son məqsədi Çin və Rusiyanı zəiflətmək olan qlobal xüsusi əməliyyatın bir hissəsi kimi düşünülüb.
Bir çoxları Jirinovskinin “peyğəmbərliyi”nin reallığını ABŞ prezidenti Trampın Vaşinqtonun dünyada analoqu olmayan fövqəlqüdrətli silahlara malik olması barədə son bəyanatından sonra xatırladıb.
...Və Bu arada Hindistan və Pakistan arasında münasibətlər sürətlə pisləşməkdə davam edir. Bunun rəsmi səbəbi Cammu və Kəşmir ştatında 30-dan çox insanın həyatına son qoyan terror aktı olub.
İddialara görə, Hindistan hakimiyyəti yaşanmış bu insidentdə Pakistan kəşfiyyat xidmətlərinin “izini” görüb..?
Hindistan bir sıra cavab tədbirləri görüb, onlardan başlıcası Pakistanda Hind çayının bağlanması idi ki, bu da müharibə elanına bərabərdir.
Əli Babayev