Aparıcı və prodüser Tarix Əliyev Audiovizual Şuranın Space TV-yə xəbərdarlıq göndərməsinə reaksiya verib. SİA xəbər verir ki, bu barədə o, instaqramda paylaşım edib: “Bu ad gününü etdiyim üçün çox sevinirəm. Rəşada görə veriliş də bağlansa, heç vecimə olmaz. Təki pozğunlara görə yox, şairə görə bağlansın”.
Tolik daha sonra səhifəsində Rəşad Dağlının illər əvvəl başqa kanalda yayımlanan verilişindəki görüntülərini paylaşıb.
Qeyd edək ki, Şura kanala “Tarixin bir günü” verilişində həbsdə olan meyxanaçının ad günü qeyd edildiyi üçün xəbərdarlıq edilib. Bu barədə modern.az məlumat yayıb.