"Qalatasaray”ın finaldakı rəqibi bəlli oldu

25 Aprel 2025 01:30 (UTC+04:00)

Türkiyə kubokunda yarımfinal mərhələsinə yekun vurulub. SİA xəbər verir ki, bununla da ikinci finalçı da məlum olub. “Trabzonspor” “Göztepe”ni məğlub edib - 2:0. 78-ci dəqiqədə Ozan Tufan, 89-cu dəqiqədə isə Oleksandr Zubkov fərqlənib.

Qeyd edək ki, “Trabzonspor” finalda “Qalatasaray”la qarşılaşacaq.