Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin sonuncu oyunu keçirilib.
SİA xəbər verir ki, günün yeganə qarşılaşmasında "Abşeron" və "Naxçıvan" komandaları üz-üzə gəliblər.
"Abşeron" Bakı İdman Sarayında təşkil olunan matçda 78:73 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Komanda növbəti mərhələdə "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirəcək.