Cənubi Afrika Respublikasının lideri Siril Ramafosa bildirib ki, Ukraynanın Rusiyaya ərazi güzəştlərinə razı olması sülhün əldə olunmasını daha reallaşdıra bilər.
SİA-nın məlumatına görə, Reuters yazır ki, bunu o, Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
...Bu, sülh yolu ilə həll üçün ilkin şərtlərdən biri hesab etdiyimiz şeydir.
Bunu Cənubi Afrika prezidenti vurğulayıb.
Bundan əvvəl senator Aleksey Puşkov bildirmişdi ki, ABŞ Krımın Rusiyanın bir hissəsi kimi tanıdığı təqdirdə Avropa İttifaqı liderləri Krımın statusu ilə bağlı mövqelərini dəyişə bilərlər.
...Polşa prezidenti Anjey Duda bildirib ki, Kiyev Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya ilə danışıqlarda müəyyən qədər öz tələblərindən geri çəkilməyə məcbur olacaq.
Əli Babayev