Futbol üzrə Misli Premyer Liqasının XXXII turunda keçiriləcək oyunlara hakim təyinatları açıqlanıb.
SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Turan Tovuz” və “Şamaxı” komandaları arasında təşkil olunacaq açılış matçını Kamal Umudlu idarə edəcək.
Turun mərkəzi görüşü olan “Sabah” – “Qarabağ” qarşılaşması isə Tural Qurbanova həvalə olunub.
Misli Premyer Liqası, XXXII tur
25 aprel
19:00. “Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu.
26 aprel
19:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Namiq Əliyev
Tovuz şəhər stadionu
27 aprel
17:30. “Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elman Musayev
"ASCO Arena"
20:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
"Bank Respublika Arena"
28 aprel
20:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabarov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.