“İnsan papilloma virusu: müalicə və diaqnostika ” mövzusunda seminar...

24 Aprel 2025 18:00 (UTC+04:00)

25 aprel 2025-ci il tarixində saat 15.00-da Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “İnsan papilloma virusu: müalicə və diaqnostika ” mövzusunda seminar həyata keçiriləcəkdir.
Seminarda Mərkəzi Gömrük Hospitalının dermatoveneroloqu Sevinc Kərimova geniş təqdimatla çıxış edəcək və auditoriyanı maraqlandıran sualları cavablandıracaq.
Seminar bütün ixtisaslı həkim və rezidentlər üçün nəzərdə tutulmuşdur. Seminarda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir!
Seminarda iştirak üçün 051 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.