...1942-ci ildə Miduey döyüşü zamanı batmış ABŞ təyyarədaşıyan gəmisinin göyərtəsində hərbi maşın aşkarlanıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, kəşf batmış gəminin qalıqlarının tədqiqi zamanı edilib.
...“The New York Times” xəbər verir ki, batmış USS Yorktown gəmisini tədqiq edən tədqiqatçılar qrupu heyrətləndirici kəşf edib: dağıntılar arasında sirli Ford avtomobili tapılıb.
Mövcud məlumata görə, nəqliyyat vasitəsi aprelin 19-da tarixi gəminin göyərtəsində uzaqdan idarə olunan avtomobil vasitəsilə aşkar edilib.
Xatırladılır ki, gəmi 1942-ci ildə Miduey döyüşü zamanı batıb. Əlavə müayinə avtomobilin vəziyyətini müəyyən etməyə imkan verib - o, şaquli vəziyyətdə idi. Nömrənin fraqmentində “Ship Service-NAVY” yazısı diqqət çəkib. İnternetdə yerləşdirilən fotoda avtomobilin ön şüşəsinin toxunulmaz qaldığı görünür.
Əli Babayev