İki qoruğun sərhədləri və mühafizə zonalarını əks etdirən xəritələr təsdiqlənib

24 Aprel 2025 16:00 (UTC+04:00)

“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonalarını əks etdirən xəritələr təsdiq edilib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.