İsmayıllıda zəlzələ olub

24 Aprel 2025 14:54 (UTC+04:00)

İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Bu barədə SİA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 14:12-də baş verib. Zəlzələnin dərinliyi 5 km, maqnitudası 3 olub.

Zəlzələ hiss olunmayıb.