İngiltərə təmsilçisi "Nyukasl"ın baş məşqçisi Eddi Hau pnevmoniya diaqnozu ilə yerləşdirildiyi xəstəxanadan ayrılaraq işinin başına dönüb. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, Premyer Liqanın XXXII turunda qarşılaşdıqları "Mançester Yunayted"lə oyundan bir gün əvvəl xəstəxanaya aparılmışdı.
Qeyd edək ki, "Nyukasl" İngiltərə çempionatının XXXIV turunda evdə "İpsviç" kollektivi ilə qarşılaşacaq.