Bu gün Xüsusi Təyinatlı Qüvvələrin komandirlərindən olan şəhid İsayev İsmayıl Çərkəz oğlunun doğum günüdür. Şəhid İsayev İsmayıl Çərkəz oğlu 24 aprel 2000-ci ildə Masallı rayonunda anadan olmuşdur. Şəhidin doğum günü ilə bağlı ailəsi, sevənləri, Binəqədi və Xətai rayonu icra başçısının müavini və nümayəndələri, qrup yoldaşları və yaxınları onun məzarını ziyarət ediblər.
Qeyd edək ki, leytenant İsayev İsmayıl 19 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ağdərə rayonu, Paprəvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
Bu gün şəhid İsayev İsmayıl yaşasaydı 25 yaşını qeyd edəcəkdi. Allah şəhidimizə rəhmət eləsin.