“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir

24 Aprel 2025 12:26 (UTC+04:00)

“JTI Caucasus” şirkəti, “JT Group”-un ən yeni və qabaqcıl “Ploom X Advanced” tütün qızdırma sisteminin Azərbaycanda satışa çıxarıldığını elan edir. “Ploom X” cihazı Bakıda seçilmiş satış nöqtələrində və onlayn www.ploom.az vebsaytında təqdim olunacaq.

“Azərbaycanda Ploom-un təqdimatı JTI şirkətinin istehlakçılarımızın dəyişən ehtiyac və gözləntilərinə uyğun innovativ məhsullara investisiya qoymağa sadiqliyini nümayiş etdirir. Biz, az riskli məhsullar sahəsində yolun əvvəlindəyik və qızdırılan tütün kateqoriyasında mövcudluğumuzu genişləndirmək üçün iddialı planlarımız var. Azərbaycan, Qafqaz regionunda bu kateqoriyaya daxil olan ilk ölkədir və bu, bizim üçün əlamətdar bir hadisədir. Məqsədimiz istehlakçılarımız üçün dəyərli anlar yaratmaqla yanaşı, onların və fəaliyyət göstərdiyimiz cəmiyyətin daha yaxşı gələcəyinə töhfə verməkdir”,deyə “JTI Caucasus” şirkətinin baş direktoru Sergey Buksa bildirib.

Azərbaycan “Ploom” cihazını təqdim edən regionun ilk ölkəsidir. Bu təqdimat Yaponiya, Böyük Britaniya, İtaliya, Portuqaliya, Çexiya, Litva, İsveçrə, Polşa, Macarıstan, Rumıniya, İspaniya və digər ölkələrdə uğurla həyata keçirilən təqdimatlardan sonra baş tutur. “JT Group” 2025-2027-ci illər ərzində əsasən tütün qızdırmasistemləri kateqoriyasında olmaqla, dünya üzrə Az Riskli Məhsullar sahəsinə təxminən 650 milyard yapon yeni məbləğində sərmayə qoymağı planlaşdırır.

Yaponiyadan qabaqcıl texnologiya

“Ploom X Advanced” cihazışirkətin texnoloji irsini əks etdirir. HeatFlow™ texnologiyası sayəsində cihaz saniyələr ərzində optimal istilik paylanmasını təmin etməklə yanaşı, tüstüsüz və külsüz daha zəngin təcrübə təqdim edir. Tütün çubuqları isitmə elementi ilə birbaşa təmasa keçmədən, istilik hava axını vasitəsilə ötürülür.

Zərif dizaynı ilə seçilən Ploom X Advanced görünən düymə olmadan hazırlanıb və innovativ “IntuiTouch” sistemi ilə idarə olunur. LED indikatorlar vasitəsilə cihazın istifadəyə hazır olması, batareyanın şarj səviyyəsi və digər göstəricilər aydın şəkildə əks etdirilir.

“Ploom X Advanced” cihazı ilə qısa tanışlıq

“JT” Şirkətlər Qrupunun üzvü olan “JTI” dünyanın 130-dan çox bazarında fəaliyyət göstərən aparıcı beynəlxalq tütün şirkətidir. Şirkət “Winston” və “Camel” kimi dünya üzrə ikinci və üçüncü ən böyük siqaret markalarının sahibidir. Digər qlobal markalara “MEVIUS” və “LD” daxildir. “JTI” həmçinin “Ploom” qızdırılan tütün cihazı, “Logic”veypinq cihazı və “Nordic Spirit” nikotin yastıqları ilə Az Riskli Məhsullar kateqoriyasında güclü mövqeyə malikdir. Baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşən şirkətin 46,000-dən çox əməkdaşı var və 2025-ci ildə ardıcıl olaraq on birinci dəfədir ki, “Qlobal Ən Yaxşı İşəgötürən” (“Global Top Employer”) adına layiq görülüb. Ətraflı məlumat üçün: www.jti.com.