70-ci illərin retro Porsche avtomobili satılır...

24 Aprel 2025 23:53 (UTC+04:00)

Novosibirskdə 3,5 milyon rubla Porsche 914 satılır. Bu model Porsche brendinin tarixində ən unikal modellərdən biridir.

SİA-nın məlumatına görə, 1971-ci ilin bu modeli 80 at gücü hasil edən 1,7 litrlik benzin mühərriki ilə təchiz edilmişdir. Avtomobilin parlaq rəngi onu yolda hətta əlavə funksiyalar olmadan da nəzərə çarpdırır.

Reklama görə, bu rodsterin saatı 74.000 km-dir və onun sənədlərində yalnız iki sahibi qeyd olunub.

Qeyd edək ki, Porsche 914 1969-cu ildən 1976-cı ilə qədər istehsal edilmiş orta mühərrikli idman avtomobilidir. O, Volkswagen və Porsche tərəfindən birgə hazırlanmış və onun VW Porsche adlandırılmasına da öz töhfəsini vermişdi. Avtomobil iki nəfər üçün nəzərdə tutulub və lakonik dizayna malikdir.

1970-ci ildə Porsche 914 Motor Trend-in ilin ilk idxal avtomobili seçilib və Nyu-York avtosalonunda dünya miqyasında populyarlıq qazanıb.

…Və yeri gəlmişkən, Honda 150 mindən çox Acura MDX avtomobilini arxa işıqlara görə yenidən geri çağırır.

Nazlı Almuradova