Polis Akademiyasında beynəlxalq elmi-praktik konfrans keçirilib - FOTOLAR

24 Aprel 2025 13:10 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “MDB iştirakçıları olan dövlətlərin səlahiyyətli orqanlarının ekspert-kriminalistik fəaliyyətinin aktual məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyi və MDB iştirakçıları olan dövlətlərin ərazisində Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun təşkilatçılığı ilə “MDB iştirakçıları olan dövlətlərin səlahiyyətli orqanlarının ekspert-kriminalistik fəaliyyətinin aktual məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirdə MDB iştirakçıları olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büro, Rusiya Federasiyası, Özbəkistan, Belarus, Qazaxıstan, Tacikistan, Qırğız Respublikalarının kriminalistik-ekspertiza sahəsində çalışan mütəxəssisləri, DİN-in Polis Akademiyası, Kriminalistik Tədqiqatlar İdarəsi, Baş Prokurorluq, Ədliyyə Nazirliyin və digər qurumların nümayəndələri iştirak ediblər.

Konfransada MDB-yə üzv dövlətlərin beynəlxalq cinayətkarlıqla və cinayətkarların axtarışı ilə mübarizədə effektivliyi, informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərin istintaqında ekspert-kriminalistik fəaliyyət, məhkəmə ekspertizasının istiqamətləri üzrə məruzələr dinlənilib.

Yekunda mövzular ətrafında müzakirələr aparılıb.