AFFA-nın icraçı vitse-prezidenti UEFA-nın İstanbuldakı tədbirinə qatılacaq

24 Aprel 2025 12:51 (UTC+04:00)

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev UEFA bu gün Türkiyənin İstanbul şəhərində keçiriləcək tədbirinə qatılacaq. Bu barədə SİA-ya milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

Avropa futbol qurumunun qardaş ölkədə nümayəndəliyi fəaliyyətə başlayacaq.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, UEFA rəhbəri Aleksander Çeferin və bir neçə federasiya rəsmilərinin iştirakı gözlənilir.