DİQQƏT: Arıqlamaq üçün bu kimi yolları sınamayın - DİYETOLOQ DANIŞDI

24 Aprel 2025 11:28 (UTC+04:00)

"Piylənmə müasir cəmiyyətimizin qlobal problemlərindən biridir. Təbii ki, uşaqdan-böyüyə, yəni hər kəs bədəninin ideal formada olmasını istəyər. Müqayisə etsək, son 15-20 il ərazində gözəl bədən quruluşuna sahib olmaq istəyən insanların sayı artıb. Bu daha çox qadınlara şamil olunur, onlar incə və gözəl görünmək istəyirlər". Bu sözləri SİA-ya açıqlamasında diyetoloq Ləman Süleymanova deyib.

Onun sözlərinə görə, çox təəssüflər olsun ki, bəzən səhv addım atılır: "İnsan uzun müddət ərzində çəki yığır, yəni çəki üstünə çəki gəlir. Lakin bir müddət sonra insan qəflət yuxusundan ayılır. Buna psixoloji aləmdə "psixoloji oyanıqlıq" deyirlər.

İnsanı qəflət yuxusundan oyadan isə kənarda olan artıq çəki ilə bağlı reaksiyalar, replikalar və s. olur. Həmin insanın beynində tez bir zamanda artıq çəkidən qurtulmalıyam kimi fikir formalaşır. Lakin fərqinə varmırlar ki, bu artıq çəkini neçə vaxtdır yığır. Bu fikir artıq insanları yanlış addım atmağa sövq edir.

Sosial şəbəkədə həkimlik sertifkatı, ümumiyyətlə tibb elmindən anlayışı olmayan şəxslər diyetoloq adı ilə profil yaradaraq insanları aldadırlar. Yalançı və ucuz marafonlar təşkil edərək insan kütləsini cəlb edirlər. Belə yalançı diyetlərdən istifadə edən insanlarda çox ciddi problemlər və xəstəliklər müşahidə olunur.

Yalançı diyetoloqlar bütün insanları eyni diyet proqramına daxil edir. Halbuki bütün insanların orqanizmi eyni deyil və bu diyet proqramını eyni şəkildə qəbul etməyəcək. Hətta bəzi insanların mədə-bağırsaq sistemini pozur".

Diyetoloq bildirir ki, artıq çəki olan insanların səhv addımından biri də piylərdən azad olmaq üçün əməliyyat etdirirlər: "Lakin əməliyyat zamanı çox az miqdarda piy götürə bilirlər. Yəni özlərini aldadıb, səhv addım atıb əməliyyata getməsinlər. Bu əməliyyatı, sadəcə, 50-53 kq şəxslər edə bilər, o da ki bədənlərində bəyənmədikləri yeri düzəltmək üçün nəzərdə tutulur.

Ən əsası və qorxulusu şəxslərin mədəkiçilmə əməliyyatı etdirməsidir. Mədəkiçiltmə əməliyyatı bir müddətlik olur, ondan sonra isə insan yeyib-içə də bilmir. Nəticə etibarı ilə insanların yaşamaq riskləri çox az olur. Çünki artıq mədəkiçiltmə əməliyyatından sonra, demək olar ki, insan bədənində olan bütün orqanların fəaliyyəti yavaşlayır. Bu əməliyyatı ümumiyyətlə ləğv etmək lazımdır. İnsan bu əməliyyatdan sonra 2-3 il arası yaşaya bilir".

Diyetoloq bunu da qeyd edir ki, insan özünü sevməlidir və səhər tezdən hormonlarının oyaq olduğu vaxt durmalıdır: "Bununla yanaşı durduqdan sonra təmiz havada gəzinti etməlidir. Səhər yeməyində həftənin ən azı 3-4 günü meyvə, tərəvəzlə qidalanmalıdır, qalan günlərdə isə istədikləri yeməklərə üstünlük verə bilərlər. Duran kimi də su içməyi unutmamalıdırlar. Nahar yeməyində normal qidalanmaq, şam yeməyinin isə, ümumiyyətlə, yeyilməməsi tövsiyə olunur. Çünki saat 14:00-dan sonra yeyilən yemək sadəcə insan beynini rahatladır".