Magistratura və rezidentura imtahanları elektron formatda keçiriləcək - Məleykə Abbaszadə

24 Aprel 2025 12:20 (UTC+04:00)

Növbəti mərhələdə magistratura və rezidentura imtahanları elektron formatda keçiriləcək. SİA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan dili, rus və ingilis dilində oxuyan məzunlar üçün imtahanlar elektron formatda təşkil olunacaq.