Kürdəxanıdakı obyektdə yanğın məhdudlaşdırılıb - YENİLƏNİB -FOTOLAR - VİDEO

24 Aprel 2025 11:32 (UTC+04:00)

Kürdəxanıdakı obyektdə yanğın məhdudlaşdırılıb. Bu barədə SİA-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.