AMB sığorta bazarının daha üç iştirakçısına icrası məcburi göstəriş verib

24 Aprel 2025 11:28 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) “A-Qrup Sığorta” və "Meqa Sığorta" ASC-lərə, eləcə də müstəqil ekspert Talıblı Əhməd Talıbxan oğluna icrası məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun həyata keçirdiyi yoxlamalar çərçivəsində şirkətlərin və fiziki şəxsin sığorta qanunvericiliyinin tələblərini təmin etmədiyi məlum olub. Odur ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinə əsasən onlara icrası məcburi göstəriş verilib.