Nyu-York birjasında təbii qaz ucuzlaşıb

24 Aprel 2025 09:58 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, mayda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.16% azalaraq 2.99 ABŞ dolları təşkil edib.