Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi bu gün müəyyənləşəcək

24 Aprel 2025 09:45 (UTC+04:00)

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi bu gün müəyyənləşəcək. SİA-nın məlumatına görə, finalın ikinci görüşündə “Abşeron” “Azərreyl”lə üz-üzə gələcək.

Qarşılaşma Milli Gimnastika Arenasında, saat 15:00-da başlayacaq. Komandalar arasında baş tutan finalın ilk matçında “Abşeron” 3:0 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, reqlamentə görə, qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılacaq.