Ərdoğanı birgünlük o əvəzlədi - FOTOLAR

24 Aprel 2025 07:43 (UTC+04:00)

Türkiyədə 23 Aprel - Milli Suverenlik və Uşaqlar Günü münasibətilə Ankaradakı Prezident Sarayında tədbir keçirilib. SİA “TRT Haber”ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan burada uşaqlarla görüşüb. Türkiyə lideri səlahiyyətlərini müvəqqəti olaraq 4-cü sinif şagirdi İpek Vera Yolçuya təhvil verib. Həmçinin Ərdoğan uşaqlara velosiped hədiyyə edib.

Fotoları təqdim edirik: