Rusiya Kiyevə zərbə endirdi - Ölənlər və yaralılar var

24 Aprel 2025 08:02 (UTC+04:00)

Rusiya Silahlı Qüvvələrinin Kiyevə genişmiqyaslı hücumu nəticəsində azı 2 nəfər ölüb, 50-dən çox insan yaralanıb. SİA xəbər verir ki, bunu şəhər meri Vitali Kliçko bildirib. Onun sözlərinə görə, xəsarət alanlardan 6-sı uşaqdır. “Paytaxtda iki nəfər ölüb, 54 sakin isə xəsarət alıb. Yaralıların 38-i, o cümlədən 6 uşaq xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerindəcə köməklik göstərilib”, - deyə Kliçko qeyd edib.