La Liqa “Barselona”nın matçını təxirə salmaqdan imtina edib. Daha əvvəl məlum olmuşdu ki, Kataloniya klubu Çempionlar Liqasında “İnter”lə cavab oyununa daha yaxşı hazırlaşmaq üçün La Liqanın 34-cü turunda “Valyadolid”lə oyunun daha erkən vaxta keçirilməsini xahiş edib. SİA xəbər verir ki, COPE-nin məlumatına görə, liqa “Barsa”nın tələbini rədd edib. Səbəb kimi də, dəyişikliyin digər komandalara təsir edəcəyini göstərib. “Barselona” mayın 3-də səfərdə “Valyadolid”lə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq . Mayın 6-da kataloniyalılar “İnter”lə qarşılaşacaq.