Azərbaycanın sikkələri “Poklonnaya qora”da ucaldılacaq abidənin bir hissəsi olacaq

24 Aprel 2025 01:57 (UTC+04:00)

MDB-nin baş katibi Sergey Lebedev beynəlxalq “Minnətdar nəsillərin canlı xatirəsi” layihəsi çərçivəsində toplanmış sikkələri paralimpiyaçı, xeyriyyə fondunun direktoru Aleksey Talaya təqdim edib. SİA xəbər verir ki, həmin sikkələr Moskvada “Poklonnaya qora”da ucaldılacaq abidənin bir hissəsi olacaq. Təqdim olunan pul nişanlarında MDB-yə üzv bütün dövlətlərin, o cümlədən Azərbaycanın da sikkələri yer alır. O, bu töhfələrin rəmzi mənasını xüsusi olaraq vurğulayıb: “Hər bir sikkə minnətdarlıq jesti, yaddaşın bir parçasıdır və müxtəlif ölkələrdən olan insanları birləşdirir.”

Aleksey Talayın xeyriyyə fondu tərəfindən irəli sürülmüş “Minnətdar nəsillərin canlı xatirəsi” layihəsi MDB ölkələrindən yüz minlərlə ailənin rəğbətini qazanıb. Layihənin iştirakçıları arasında Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin də yer alıb. Onlar da ailələri adından xatirə sikkələri təqdim ediblər.

İlk abidə 2022-ci ildə Minskdə, ikinci isə 2024-cü ildə Brest qalasının divarları yaxınlığında ucaldılıb. Üçüncü abidə Moskvada inşa olunacaq. Onun özəlliyi ümumxalq konsepsiyadır, belə ki, hər kəs ailəsi adından sikkə təqdim etməklə abidənin hazırlanacağı ərintiyə töhfə verə bilib.

Eyni ərintidən həmçinin Belarus, Rusiya və digər MDB ölkələrinin muzeyləri üçün xatirə külçələri də hazırlanacaq.