İtaliya Kuboku: “Milan” derbidə “İnter”i məğlub edərək finala yüksəlib

24 Aprel 2025 01:03 (UTC+04:00)

Futbol üzrə İtaliya Kubokunda ilk finalçı bəlli olub. SİA xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “İnter” və “Milan” komandaları üz-üzə gəliblər. Görüş “rossonerilər”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İki oyunun nəticəsinə əsasən, “İnter”i 4:1 hesabı ilə üstələyən komanda adını həlledici raunda yazdırıb.

İkinci finalçının adına bu gün təşkil olunacaq “Bolonya” - “Empoli” matçında aydınlıq gələcək.