"Azərbaycanın infrastrukturu Orta Dəhlizin uğurunda həyati rol oynayır"

23 Aprel 2025 20:00 (UTC+04:00)

Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord David Evans Azərbaycanın Orta Dəhlizdəki logistik və infrastruktur imkanlarının əhəmiyyətini vurğulayıb.

SİA-nın məlumatına görə, o, bu fikirləri AZƏRTAC-a verdiyi xüsusi açıqlamada səsləndirib.

Lord Evans bildirib ki, Azərbaycanın təkmilləşdirilmiş infrastrukturu və mövcud boru kəmərləri regionun strateji nəqliyyat dəhlizi kimi mövqeyini gücləndirir: “Bu amillər tədarük zəncirinin təhlükəsizliyini təmin edir ki, bu da xüsusilə indiki şəraitdə Qərb üçün həyati əhəmiyyət daşıyır”, - deyə o bildirib.