Masallının Böyük Xocavar kəndində evdə yanğın olub

23 Aprel 2025 18:59 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Masallı rayonunun Böyük Xocavar kəndi ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Ümumi sahəsi 460 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində altıotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 kvadratmetr və evin 2-ci mərtəbəsində yerləşən mətbəxin yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb.