Ukraynada yeni 8 saylı korpus yaradılıb…

23 Aprel 2025 18:42 (UTC+04:00)

Ukrayna Silahlı Qüvvələrinin (AFU) hava desant-hücum qoşunlarının tərkibində yeni 8 saylı korpus yaradılıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Obşçestvennoye” nəşri məlumat yayıb.

Bölmə Böyük Britaniyada təlim keçmiş və Kursk vilayətinin işğalında iştirak etmiş elit 82-ci Hava Desant Hücum Briqadasının bazasında yaradılmışdır.

Korpusun tərkibinə həmçinin 46-cı Hava Hücum Briqadası, 71-ci Jaeger Briqadası, 80-ci Hava Desant Hücum Briqadası və 95-ci Hava Hücum Briqadası da var.

Yeni korpusun yaradılması bölmənin qərargahına mülki kadrların işə qəbulu ilə bağlı elandan məlum olub.

Əli Babayev