Masallıda 600-dən çox Xan çinar və şam ağacı əkilib

23 Aprel 2025 18:20 (UTC+04:00)

Masallı rayonu ərazisində “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, rayonun Boradigah qəsəbəsində keçirilən aksiyada Masallı Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq- mühafizə, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, şəhid ailələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ümumilikdə 600-dən çox Xan çinar və şam ağacı əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.