Ukraynada nizamlanma üçün Avropanın əsas tələblərindən biri…

23 Aprel 2025 18:04 (UTC+04:00)

Ukraynanın ərazi bütövlüyünə hörmət Ukraynadakı münaqişənin həlli üçün Avropanın fundamental tələblərindən biridir.

SİA-nın məlumatına görə, Agence France-Presse (AFP) xəbər verir ki, bu barədə Yelisey sarayında məlumat verilib. …Ukraynanın ərazi bütövlüyünə və Avropa oriyentasiyasına hörmət avropalıların çox ciddi tələbləridir, - agentlik Fransa hökumətinin nümayəndəsinin sözlərini yazır.

Paris vurğulayıb ki, Londonda planlaşdırılandan daha aşağı səviyyədə gedən danışıqların məqsədi “ABŞ-ın ruslara təqdim edə biləcəyi ümumi yanaşma” qurmaqdır.

Əli Babayev