Azərbaycan Türkiyədəki zəlzələ ilə bağlı monitorinq aparır

23 Aprel 2025 16:26 (UTC+04:00)

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyir. Bu barədə SİA-ya Mərkəzdən məlumat verilib.

Bildirilib ki, hazırda zəlzələ bölgəsi monitorinq edilir.

Xatırladaq ki, bu gün İstanbulda ardıcıl bir neçə zəlzələ olub.