"Böyük şəhərlərdə, yəni hər bir yerdə piyada keçidinin təşkili var. Piyada hərəkətinin təşkili həm piyada səkilərində, həm də piyadaların yol keçidindən istifadə edərək keçmək üçün nəzərdə tutulanhərəkətdir". Bu sözləri SİA-ya açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.
Onun sözlərinə görə, piyadanın təşkili elmi cəhətdən əsaslanmış hərəkət olmalıdır: "Piyada keçidləri yeraltı yaxud da yerüstü formalarda nəzərdə tutulub. Bununla yanaşı yol keçidləri həm nizamlanan, həm də nizamlanmayan olur. Lakin buna baxmayaraq piyada o demək deyil ki, hər yerdə piyada keçidindən keçməlidir. Piyada keçidi olmayan yerlərdə də piyadaların yolu keçməsinə icazə verilir. Çünki Bakı böyük şəhərdi. Elə yollarımız var ki, orada piyada keçidləri var, lakin bəzi yollar, yəni dar küçələrdə piyada keçidləri yoxdur. Həmin yerlərdə piyada təhlükəni gözləmək və istiqamətə baxmaq şərti ilə yolu keçə bilər. Çünki elə yollar var ki biristiqamətli, elə yollarda var ki ikiistiqamətlidir. Həmçinin intensivlik çox olan magistral yollarda nizamlanan və nizamlanmayan piyada keçidləri mütləq olur. Əgər yollarda piyada keçidinində ışıqfor varsa, o nizamlanmış piyada keçidi sayılır. Sadəcə piyada keçidi olan yollar isə nizamlanmayan adlanır. Artıq son 10 ilə yaxındır ki, bizdə piyadaya daha çox üstünlük verilir".
Ekspert bildirir ki, bütün hadisələr zamanı əsas nöqteyi nəzərdən məsulliyyət sürücünün üzərinə gəlir: "Əgər hadisə olubsa, mütləq orada sürücünün məsuliyyəti vardır. Piyada işarələnməmiş yoldan keçən zaman hadisə olarsa, o demək deyil ki, günahkar piyadadır. Çünki elə zamanlar olur ki, sürücü həmin hadisəni aşa bilir.
Ekspertlərdə qeyd edir ki, əgər sürücü həmin hadisədən yan keçə bilərdisə, demək ki, günahkar sürücüdür. Təbii ki elə yollarımızda var ki, qətiyyən piyadanın yolu keçməyi qadağandır. Bu nöqteyi nəzərdən həmin yolları çəpərləyirlər ki, qadağan olunub. Ona görə də həmin qadağan olunmuş ərazidən piyada keçən zaman sürücü ondan yan ötə bilirdisə, o zaman qəza vaxtı sürücü günahkar sayılır. Əks-halda daha çox gecə vaxtı sürücünün qarşısına qəflətən çıxan piyada qəzaya uğrayırsa, burada sürücünün günahı yoxdur. Sürücü əvvəlcədən hər şeyə hazırlıqlı olmalıdır. Çünki onsuzda piyada məsuliyyətsizliyinə görə ya həyatını itirir, ya da çox ağır xəsarət alır".