"1 kv.m. sahənin qızdırılması üçün 140-150 kv/saat enerji sərf edilir” - "Azəristiliktəchizat"

23 Aprel 2025 14:45 (UTC+04:00)

Azərbaycanda istilik təchizatı üçün ildə 28 milyard kv/saat elektrik enerjisi sərf olunur. SİA xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında - “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

“Bu o deməkdir ki, 1 kv.m. sahənin qızdırılması üçün 140-150 kv/saat enerji sərf edilir” –deyə, o bildirib.