Gəncədə 2 şagird arasında mübahisə düşüb, xəsarət alan var

23 Aprel 2025 13:59 (UTC+04:00)

Gəncədə 2 şagird arasında mübahisə düşüb. SİA-nın məlumatına görə, hadisə Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksinin 4-cü sinfində oxuyan 2 şagirdi arasında mübahisə düşüb, onlardan biri xəsarət alıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan SİA-ya bildirilib ki, Gəncə şəhərində yerləşən məktəblərin birində iki şagird arasında mübahisə olub.

"Bununla bağlı ekspertiza təyin olunub, məsələyə aparılan araşdırmadan sonra hüquqi qiymət veriləcək", - deyə DİN rəsmisi qeyd edib.

Qeyd edək ki, mübahisə edənlər eyni sinfin şagirdləridir.

Xatırladaq ki, ötən gün Gəncə şəhərində yerləşən daha bir məktəbdə də şagirdlər arasında mübahisə düşüb, 1 nəfər xəsarət alıb.