AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

23 Aprel 2025 13:48 (UTC+04:00)

AFFA Misli Premyer Liqasının XXXI turunda baş tutan oyunlardan sonra 4 klubu cəzalandırıb. SİA xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

“Araz-Naxçıvan” – “Turan Tovuz” matçının 78-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Vanderson Melo ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 500 manat cərimələnib. Həmçinin görüş bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə Naxçıvan təmsilçisi daha 800 manat ziyana düşüb.

Görüşdə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” 1500 manat cərimələnib.

İntizam Komitəsinin digər cəzaları "Şamaxı" - "Kəpəz" matçı ilə bağlı olub. 85-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Maykl Tuik ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Bölgə təmsilçisi legionerin hərəkətinə görə 500 manat cərimələnib.

"Kəpəz" isə ehtiyat skamyaya dəymiş zərərə görə ziyan düşüb.