Çin liderinin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib

23 Aprel 2025 12:30 (UTC+04:00)

Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.