Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü İsrail çempionu olub - FOTOLAR

23 Aprel 2025 12:08 (UTC+04:00)

Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü Marqarita Stepanenko İsrail çempionatının qalibi olub. SİA federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu bu uğura “Makkabi" (Aşdod) klubunun heyətində imza atıb.

Voleybolçumuzun komandası final seriyasının hər üç oyununda “Hapoel"i (Kfar Saba) məğlub edib.