"Son 5 ildə ölkədə 30 min hektardan artıq meyvə bağı salınıb" - Nazir müavini

23 Aprel 2025 11:38 (UTC+04:00)

Azərbaycanda son 5 ildə ölkədə 30 min hektardan artıq meyvə bağı salınıb. SİA xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında - aqrar sektorda sahibkarlığın inkişafına həsr edilmiş ictimai dinləmədə bildirib.

O həmçinin qeyd edib ki, suvarma sistemlərinin yaxşılaşdırılması aqrar sektorda prioritet məqamlardan biridir.