Bu il də cari əməliyyatlar balansı profisitli olacaq - AMB

23 Aprel 2025 10:29 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il də ölkənin cari əməliyyatlar balansının profisitli olacağını proqnozlaşdırır. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 4,7 milyard ABŞ dolları və yaxud ümumi daxili məhsulun (ÜDM) 6,3 %-i qədər olub. Bu, 2023-cü illə müqayisədə 43,3 % azdır.