"Real Madrid”in hücumçusu Vinisius Junior Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən sərt cəzalandırıla bilər. SİA bu barədə “Marca”ya istinadən xəbər verir. Mənbənin məlumatına görə, 24 yaşlı oyunçu bir neçə futbol klubunun sahibi olduğu üçün maraqların toqquşması qaydalarını pozmaqda şübhəli bilinir. Əgər bu hal sübut olunarsa, braziliyalı ulduz iki ilə qədər futboldan uzaqlaşdırıla bilər.
Qeyd edək ki, Vinisius bu mövsüm bütün turnirlərdə 47 oyun keçirib, 21 qol vurub və 15 məhsuldar ötürmə edib.