Məşhur aktyorun cəzası bəlli oldu

23 Aprel 2025 04:12 (UTC+04:00)

"Yeşilçam"ın sevilən aktyoru İlyas Salman haqqında açılan cinayət işi yekunlaşıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor prezidenti təhqir etdiyi üçün 1 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra cəza 7 min lirə pul cəzasına çevrilib.