İspaniya La Liqasının 33-cü turunun "Barselona" - "Malyorka" matçı başa çatıb. Komandalar “Olimpik Lluis Kompanis” stadionunda üz-üzə gəlib.
Oyunun baş hakimi Migel Anxel Ortiz Arias olub. "Barselona" minimal hesablı üstünlüklə qələbəni bayram edib - 1:0.
Matçın yeganə qolu 46-cı dəqiqədə vurulub. "Barselona"nın yarımmüdafiəçisi Dani Olmo müdafiəçi Erik Qarsiyanın ötürməsindən sonra fərqlənib.
Qələbə “Barselona”ya cari mövsümdə qazandığı xalların sayını 76-ya çatdırmağa imkan verib.
... “Real”la xal fərqi 7-dir.
"Malyorka" turnir cədvəlinin yeddinci pilləsində qalıb. Komandanın 44 xalı var.
Nazlı Almuradova