Azərbaycan millisinin hücumçusu İsrail çempionu olub

22 Aprel 2025 22:12 (UTC+04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Marqarita Stepanenko İsrail çempionu olub.

SIA xəbər verir ki, onun çıxış etdiyi "Makkabi Aşdod" komandası finalda "Hapoel Kfar Saba" klubunu məğlub edərək (3:0) qızıl medallara sahib çıxıb.

Qeyd edək ki, Marqarita Stepanenko ötən ilin yayından İsrail təmsilçisində çıxış edir.